AZ

Türkiyə Bosfor  və Dardanel boğazından keçən gəmilərin rüsumunu artırıb

Türkiyə rəsmiləri iyulun 1-dən etibarən Türkiyənin Bosfor və Dardanel (Boğaziçi və Çanaqqala) boğazlarından gəmi keçidinin qiymətini 15% artıraraq bir frank üçün 5,83 dollara çatdırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, tranzitin qiyməti 40 ilə yaxındır ki, dəyişməyib. Lakin 2022-ci ildən qiymət hər il artır. Məbləğ 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır.

Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlunun sözlərinə görə, 2022-ci illə müqayisədə Türkiyə limanlarına üz tutmayan gəmilərin tranzit qiyməti artıq 7 dəfədən çox artıb. Eyni zamanda, ötən il Türkiyə boğazlarından 51 mindən çox gəminin keçməsi hesabına ölkəyə 227 milyard dollardan çox vəsait daxil olub.

Uraloğlunun sözlərinə görə, alınan vəsaitin əhəmiyyətli bir hissəsi Bosfor və Dardanel boğazında təhlükəsizliyin təmin edilməsinə sərf olunur.

Almaz Həsənli

Seçilən
9
15
oxumeni.az

10Mənbələr