AZ

Türkiyə Bosfor və Dardanel boğazlarından keçidin rüsumunu qaldırıb

Bakı. Trend:

Türkiyə 1 iyul tarixindən etibarən Bosfor və Dardanelboğazlarından keçid haqqını 15% artıraraq bir frank üçün 5,83dollara yüksəldib.

Trend xəbər verirki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumatyayıb.

Gəmi keçidinin dəyəri, Montrö boğazlar konvensiyasına əsasən,qızıl frank əsasında hesablanır.

Tranzit haqqı 2022-ci ilə qədər təxminən 40 il ərzində dəyişməzqalmışdı. Həmin vaxtdan bəri qiymətlər hər il artırılır, 2024-cüildə də keçid haqqı təxminən 15% artırılmışdı.

Möntrö konvensiyası boğazlar üzərində Türkiyənin suverenliyinitəsbit edərək, Bosfor və Dardanel boğazlarından keçidə nəzarətsəlahiyyətlərini bu ölkəyə verir.

Sənədə əsasən, bütün ölkələrin ticarət gəmiləri həm sülh, həm dəmüharibə dövründə boğazlardan sərbəst keçid hüququna malikdir.Lakin konvensiya hərbi gəmilər üçün Qara dəniz dövlətləri ilə Qaradənizə çıxışı olmayan dövlətlər arasında fərqli keçid rejimimüəyyən edir.

Əgər Türkiyə hakimiyyəti əvvəlcədən məlumatlandırılarsa, Qaradəniz dövlətləri sülh dövründə hər sinifdən olan hərbi gəmiləriniboğazlardan keçirə bilərlər.

Qara dənizdə sahili olmayan dövlətlərin hərbi gəmiləri üçün isəciddi məhdudiyyətlər tətbiq olunur, yalnız kiçik gəmilərin keçidinəicazə verilir və tonnajla bağlı limitlər mövcuddur.

Məqalədə:
Seçilən
3
13
az.trend.az

10Mənbələr