"Zirə" Rövlan Muradovu transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rövlan karyerası boyunca "Qəbələ, "Slaviya" B və "Sumqayıt"ın formalarını geyinib.
O, son mövsüm "Sumqayıt"ın heyətində 31 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.