"Zirə" Rövlan Muradovu heyətinə qatıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində "Qəbələ", "Slaviya B" və "Sumqayıt"da çıxış edib.