“Zirə” heyətinə yeni oyunçu cəlb edib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq “Sumqayıt”da çıxış edən Rövlan Muradovla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Qəbələ”, “Slaviya B” klublarında da oynayıb.
Əlavə edək ki, “Zirə” bu yay Brahim Konate, Yeqor Boqomolski və İsmayıl İbrahimlini də transfer edir.