“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, fransalı yarımmüdafiəçi Hamidu Keyta 2026-cı il mayın 31-dək Azərbaycan klubunun formasını geyinəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. O, yerli azarkeşlərə də tanışdır. Keyta Azərbaycan Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta