EN

Rövlan Muradov “Zirə”də!

Bu yay “Sumqayıt”dan azad agent kimi ayrılmış sağ cinah yarımmüdafiəçisi Rövlan Muradov bundan sonra “Zirə”nin formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Muradov “qartallar”la 2+1 illik müqaviləyə imza atıb.

Rövlan Muradov 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edirdi. 27 yaşlı futbolçu bu komandanın heyətində 69 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Rövlan karyerası ərzində yetirməsi olduğu “Qəbələ”də və “Slaviya”nın B komandasında da forma geyinib.

“Zirə” daha öncə Brahim Konate və Yeqor Boqomolskini də heyətinə qatmışdı. Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov və Hacıağa Hacılı klubla yeni müqaviləyə imza atıblar. Rüstəm Əhmədzadə, Məqsəd İsayev və Pyer Zebli isə qəsəbə təmsilçisini tərk ediblər.

Chosen
1
3
arena.az

10Sources