EN

Şeyxülislam: İrəvanda məscidlərimizi də bərpa edəcəyik

Azərbaycanın erməni kilsəsi ilə olan əlaqələri 44 günlük Vətən müharibəsində qazanılan qələbədən əvvəl fərqli idi.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdı. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın Şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik. İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərək", - o əlavə edib.

Chosen
2
22
xezerxeber.az

10Sources