Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Yunanıstan “Aris”i daha bir transferi reallaşdırıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Finlandiya millisinin hücumameyilli yarımmüdafiəçisi Fredrik Yensenlə anlaşıb. Tərəflər 3 illik müqaviləyə razılaşıblar.
Yeni transferi klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“İlk məqsədimiz avrokuboklarla bağlıdır. Konfrans Liqasının əsas mərhələsinə düşmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".
“Araz Naxçıvan” - "Aris" matçları iyulun 24-ü və 31-də keçiriləcək.