EN

ARDNF-də Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

15 iyul 2025-ci il tarixində ARDNF-də Azərbaycan millimətbuatının 150 illik yubileyi münasibətilə “Milli Mətbuatın 150İli: Etibarlı, Dürüst, Şəffaf” adlı tədbir keçirilib. Tədbirdəmüxtəlif media qurumları və agentliklərini təmsil edənnümayəndələr, o cümlədən maliyyə və iqtisadiyyat sahəsindəixtisaslaşmış media peşəkarları iştirak ediblər.

Jurnalistika ənənələrinə və bu sahədə çalışan peşəkarlarınəvəzsiz töhfələrinə ehtiram əlaməti olaraq təşkil olunmuş tədbirARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən açıq elanolunub.

Jurnalistləri əlamətdar gün münasibətilə təbrik edən İsrafilMəmmədov çıxışında bildirib:

“Biz inanırıq ki, sağlam və peşəkar media cəmiyyətintərəqqisinin ayrılmaz hissəsidir. Bu məqsədlə biz media iləqarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığımızı davametdirir, ictimaiyyətin Fondun fəaliyyəti haqqında daha dolğunməlumat əldə etməsini təmin etmək üçün müxtəlif təşəbbüslər həyatakeçiririk.”

Tədbir jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı,bələdçi Fuad Axundovun “Neft və Media” mövzusunda təqdimatı ilədavam edib. Özünəməxsus üslubu ilə çıxış edən Fuad Axundov,Azərbaycanın neft sərvətinin yalnız iqtisadi deyil, həm dəinformasiya və maarifçilik sahələrində yaratdığı imkanlaratoxunaraq, milli mətbuatın inkişafına verdiyi töhfələri tarixifaktlarla diqqətə çatdırıb. Eyni zamanda, o, media tarixində qadınjurnalistlərin önəmli roluna və mətbuatın formalaşmasında genderbalansının qorunmasının əhəmiyyətinə dair maraqlı məqamlarsəsləndirib.

Tədbirin interaktiv hissəsində ARDNF rəhbərliyi və mediapeşəkarları milli mətbuatın Azərbaycanın ictimai-siyasi həyatındavə maarifçiliyin inkişafında oynadığı rol, habelə media-Fondəməkdaşlığının gələcək perspektivləri barədə fikir mübadiləsiaparıblar.

ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
ARDNF-də
Chosen
94
50
az.trend.az

10Sources