"Liverpul" klubu hücumçu problemini həll edib.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi Hüqo Ekitike üçün "Ayntraxt"la razılığa gəlib. Onlar bu keçid üçün 95 milyon avro ödəyəcək.

Bu rəqəm "Ayntraxt" tarixinin ən böyük satışı olacaq.

Bu barədə "The Athletic" məlumat yayıb.

Ekitike yeni klubu ilə 6 illik müqavilə imzalayacaq. Bu gün klublar arasında son formal məsələlərdən həll edildikdən sonra transfer rəsmiləşəcək.

Fransalı hücumçu bu yay Ceremi Frimponq, Miloş Kerkes, Florian Virts və Georgi Mamardaşvilidən sonra "Liverpul"un 5-ci transferi olacaq.