EN

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarəetdiyi "Niva” markalı avtomobili aşırıb.

 

Nəticədə maşında sərnişin qismində olan oğlu 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
183
34
sfera.az

10Sources