AZ

Goranboyda ata maşını aşırdı, oğlu xəstəxanalıq oldu

Goranboyda yol-nəqliyyat qəzası 30 yaşlı oğlanın xəsarət alması ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndi ərazisində baş verib.  Əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi "Niva" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Nəticədə maşında olan sürücünün oğlu, 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
205
34
bizim.media

10Mənbələr