AZ

Goranboyda ata maşını aşırdı, oğlu xəsarət aldı 

Goranboyda yol-nəqliyyat hadisəsi zamanı 30 yaşlı oğlan xəsarət alıb.

Hadisə rayonun Tatarlı kəndi ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayon sakini, 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Nəticədə maşında olan sürücünün oğlu, 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Oxu.az

Seçilən
165
34
referans.az

10Mənbələr