Goranboy rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsində baş verib.
Bakı şəhərinə hərəkət edən "Mercedes" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Şöhrət Əliyev və onun bacısı 1973- cü il təvəllüdlü Maya Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ş.Əliyevin vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.