AZ

Goranboyda ata maşını aşırdı, oğlu xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi zamanı 30 yaşlı oğlan xəsarət alıb.
 
Oxu.Az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi ərazisində baş verib.
 
Belə ki, Kəlbəcər rayon sakini, 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.
 
Nəticədə maşında olan sürücünün oğlu, 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
188
34
moderator.az

10Mənbələr