EN

ARDNF törəmə maliyyə alətlərinə investisiyaları kəskin azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 53 min manat təşkil edib.

Bakues.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 41,5 dəfə azdır.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Chosen
7
6
icma.az

10Sources