
Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə investisiyaları 21,003 milyard manat olub.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 9,524 milyard manat və ya 83% çoxdur. Belə ki, 2023-cü ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə investisiyaları 11,479 milyard manat olmuşdu.
Qeyd edək ki, ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Fond büdcədənkənar, ayrıca dövlət təsisatıdır.