Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Xorvatiyaya 408,8 milyon ABŞ dolları dəyərində 744,7 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 8,7 faiz və ya 32,8 milyon dollar, həcm baxımından isə 26,7 faiz və ya 157,1 min ton üstələyir.
Cari ilin ilk 6 ayı ərzində ölkədən ümumilikdə 6,4 milyard dollar dəyərində 12 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,18 faizi bu ölkənin payına düşüb.