AZ

Neft Fondu qızıl ehtiyatlarını 83% artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin sonuna qədər qızıl külçələrə yatırımlarını əhəmiyyətli dərəcədə artıraraq 21 milyard manatı keçib.

Finss.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Məlumata görə, 2023-cü ilin sonunda bu rəqəm 11,5 milyard manat səviyyəsində idi. Beləliklə, artım bir il ərzində 9,5 milyard manat və ya təqribən 83% təşkil edib.

Xatırladaq ki, ARDNF Azərbaycanın neft və qaz gəlirlərini toplayan, onları səmərəli şəkildə idarə edən və gələcək nəsillər üçün ehtiyat kimi saxlayan dövlət qurumudur. Fondun fəaliyyəti büdcədənkənar həyata keçirilir və o, müstəqil maliyyə təsisatı statusuna malikdir.

Fuad Mədətov
Finss.az

Seçilən
35
14
fins.az

10Mənbələr