AZ

Dövlət Neft Fondu indiyədək 207,3 milyard dollar gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək 207,3 milyard ABŞ dolları həcmində gəlir əldə edib.

Finss.az xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda bildirilir.

ARDNF-nin yığımlarının əsas hissəsini – 194,2 milyard dollarını neft-qaz sazişlərindən daxil olan gəlirlər təşkil edib. Qalan 14,9 milyard dollar isə investisiyalardan əldə olunub.

Hesabat dövründə Dövlət Neft Fondu dövlət büdcəsinə ümumilikdə 132,6 milyard ABŞ dolları köçürüb. Layihələrin maliyyələşdirilməsinə 11,9 milyard dollar, Fondun idarə olunması ilə bağlı əməliyyat xərclərinə isə 0,5 milyard dollar sərf olunub.

Xatırladaq ki, ARDNF Ümummilli Lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilib. Fondun əsas missiyası ölkənin neft və qaz sərvətlərindən əldə olunan vəsaitlərin səmərəli idarə olunaraq həm indiki, həm də gələcək nəsillərin rifahı naminə istifadə edilməsidir.

Fuad Mədətov
Finss.az

Seçilən
33
50
fins.az

10Mənbələr