EN

Neft Fondunun xalis mənfəəti 3% azalıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 3% azalıb.

"APA-Economics" xəbər verir ki, ARDNF 2024-cü ili təxminən 7,9 milyard manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 3 % azdır.

Hesabat ilində Fondun əsas gəlirləri qızıl investisiyalarından (təxminən 3,4 mlrd manat), səhm portfelindən (təxminən 3,2 mlrd manat) və istiqrazlardan (təxminən 680 mln manat) formalaşıb. Qızıldan gəlir 2,5 dəfə artsa da, istiqraz və səhm gəlirləri müvafiq olaraq 4,5 və 11 % azalıb. Törəmə maliyyə alətlərindən və bəzi digər kateqoriyalardan zərər qeydə alınıb.

2025-ci il yanvarın 1-nə Fondun aktivləri 102,6 milyard manat olub (7,2 % artım), öhdəlikləri isə 423 milyon manata düşüb (7,4 % azalma). Balans kapitalı 102,2 milyard manata yüksəlib.

Chosen
7
50
apa.az

10Sources