EN

Ötən il ARDNF daşınmaz əmlaka 200 milyon dollar investisiya yatırıb

BAKI, 21 iyul. TELEQRAF

2024-cü ildə ARDNF daşınmaz əmlaka 200 milyon dollar investisiya yatırıb

Teleqraf bu barədə Dövlət Neft Fondunun maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak portfelinin dəyəri 3,5 milyard ABŞ dolları təşkil edib. Əmlak portfelinin dəyəri Fondun ümumi investisiya portfelinin 5,9%-ni əhatə edib.

Fond 2024-cü ildə ümumilikdə 30-dan çox ölkədə yerləşən daşınmaz əmlaklara investisiyalar həyata keçirib. Portfel 18 etibarlı tərəfdaşla 6 birbaşa, 11 müştərək və 39 daşınmaz əmlak fondu olmaqla ümumilikdə 56 investisiyanı əhatə edib. Bu investisiyalar regionlara, sektorlara və risk profillərinə görə yüksək dərəcədə şaxələndirilib. Daşınmaz əmlak investisiyalarının 71%-i özəl daşınmaz əmlak fondlarına yönəldilib ki, bu da likvidlik və idarəetmə baxımından daha effektiv mexanizmlərin tətbiqinə imkan yaradır.

Birbaşa investisiyalar isə Moskva, London, Paris və Tokyo şəhərlərində yerləşən əmlaklara yönəldilib və ümumi daşınmaz əmlak portfelinin 19%-ni təşkil edib.

Chosen
7
9
teleqraf.com

10Sources