EN

ARDNF qızıl külçələrə investisiyaları 83 % artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinə məxsus “First Abu Dhabi Bank”da 340,34 milyon manat məbləğində qısamüddətli depozit yerləşdirib, Fondun maliyyə hesabatında deyilir.

Sənədə əsasən, ARDNF-in Yaponiyanın “Mizuho Bank”ındakı depoziti də əvvəlki illə müqayisədə 19,9% artaraq 2,04 milyon manata çatıb.

Bu il yanvarın 1-nə Fondun ümumi depozit portfeli ötən illə müqayisədə 162 dəfə azalaraq 11,69 milyon manat təşkil edib.

Azalma Türkiyə Mərkəzi Bankında saxlanılan 1,89 milyard manatlıq depozitin müddətinin bitməsi ilə bağlıdır.

Fondun depozitlər üzrə yığılmış faiz gəlirləri 2024-cü ilin sonuna 512 min manat təşkil edib.

N.Təbrizli

Chosen
7
33
anews.az

10Sources