EN

ARDNF-nin səhm portfeli üzrə gəlirliliyi 19,4% artdı

BAKI, 21 iyul. TELEQRAF

Ötən il Dövlət Neft Fondu (ARDNF) tərəfindən idarə olunan səhm portfeli il ərzində 19,4% gəlirlilik göstərib.

Teleqraf bu barədə Dövlət Neft Fondunun 2024-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Səhmlərinyüksək gəlirliliksərgiləməsinəticəsində 2024-cüilinsonunaARDNF-ninsəhmportfelinin ümumi portfeldəki həcmi əvvəlki il iləmüqayisədə 20,5%-dən 22,4%-ə qalxıb.

İl ərzində ARDNF-nin ümumi səhm portfelinin məzənnətəsiri nəzərə alınmadan lokal valyutada gəlirliliyi 19,4% təşkil edib.

Süni intellekt texnologiyalarına artan maraq və ABŞ iqtisadiyyatının dayanıqlı inkişafı nəticəsində, ABŞ səhmləri yüksək gəlirlik nümayiş etdirib. Bunun nəticəsi olaraq, “MSCI World” indeksini izləyən ARDNF portfeli 2024-cü ildə lokal valyutada 21,5% gəlir əldə edib.

Digər tərəfdən, Avropa səhm bazarlarında nisbətən zəif artım qeydə alınıb. İqtisadi artımın zəif olması, bəzi əsas ölkələrdə qeyri-sabit siyasi vəziyyət və davam edən geosiyasi risklər regionun bazarlarına mənfi təsir göstərib. Bu səbəbdən, “MSCI Europe ex UK” indeksini izləyən portfel 2024-cü ildə lokal valyutada 7,7% gəlirliliklə kifayətlənib.

Chosen
7
50
teleqraf.com

10Sources