BAKI, 21 iyul. TELEQRAF
Ötən ilARDNF-yə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı 457,8 milyon ABŞ dolları və yaxud 778,2 milyon manat bonus ödənişləri daxil olub.
Teleqraf bu barədə Dövlət Neft Fondunun maliyyə hesabatına istinadən xəbər verir.
Bonus ödənişləribüdcədə nəzərdə tutulana nisbətən 100,3% icra olunub. Bu maddə üzrə gəlirlər ümumibüdcə gəlirlərinin 4,3%-ni təşkil edib.
Bonus vəsaitləri bir neçə beynəlxalq şirkət tərəfindən köçürülüb. Ən böyük məbləği "BP" şirkəti AÇG yatağı üzrə ödəyib. Şirkət Dövlət Neft Fonduna 182,25 milyon dollar məbləğində bonus vəsaiti köçürüb.
Bundan əlavə, "MOL Azerbaijan" şirkəti 57,41 milyon dollar, "Inpex Southwest Caspian Sea" 55,84 milyon dollar, "Equinor" 43,61 milyon dollar, "Exxon Azerbaijan Limited" 40,75 milyon dollar, Türkiyənin TPAO şirkəti isə 34,38 milyon dollar bonus ödənişi həyata keçirib.