EN

Dövlət Neft Fondunun xalis mənfəəti azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858 milyon 250 min manat xalis mənfəət ilə başa vurub. Fond 2023-cü ili 8 milyard 102 milyon 89 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ARDNF-in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 244 milyon 539 min manat və ya 3% azalıb. 

Marja.az ARDNF-in konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatına istinadən xəbər verir ki, Fondun istiqrazlara investisiylarından gəliri 4,5 dəfə azalıb, qızıla investisiyalarından gəlir isə 2,5 dəfə artıb.

İstiqrazlara investisiylardan gəlirlərdəki azalma külçə qızıla investisiylardan gəlirdəki artımı üstələməsi ARDNF-in xalis mənfəətinin düşməsinə təsir edib.

Chosen
7
25
marja.az

10Sources