BAKI, 21 iyul. TELEQRAF
"Ermənistan hökuməti Minsk Qrupunun ləğvi və sülh müqaviləsinin paraflanması ilə bağlı fəal müzakirələr aparır".
Teleqraf xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişini imzalamağa çox yaxındırlar:
"Minsk Qrupu mexanizmlərinin ləğvi və Sülh Sazişinin mümkün paraflanmasına gəlincə, bu, Ermənistan üçün başadüşülən gündəmdir və hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır".
O həmçinin bildirib ki, Azərbaycanla razılaşma əldə edildikdən sonra 42 km uzunluğunda olan dəmir yolunun (Zəngəzur dəhlizi - red.) tikintisinə başlanacaq.