RU

Ermənistan hökuməti sülh müqaviləsinin paraflanması ilə bağlı fəal müzakirələr aparır - AÇIQLAMA

BAKI, 21 iyul. TELEQRAF

"Ermənistan hökuməti Minsk Qrupunun ləğvi və sülh müqaviləsinin paraflanması ilə bağlı fəal müzakirələr aparır".

Teleqraf xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişini imzalamağa çox yaxındırlar:

"Minsk Qrupu mexanizmlərinin ləğvi və Sülh Sazişinin mümkün paraflanmasına gəlincə, bu, Ermənistan üçün başadüşülən gündəmdir və hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır".

O həmçinin bildirib ki, Azərbaycanla razılaşma əldə edildikdən sonra 42 km uzunluğunda olan dəmir yolunun (Zəngəzur dəhlizi - red.) tikintisinə başlanacaq.

Избранный
33
50
teleqraf.com

10Источники