EN

İmişlidə daha bir qəza, 6 nəfər yaralandı - Fotolar

İmişli rayonunda “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan biri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, avqustun 2-də də İmişlidə qəza baş vermiş, nəticədə 3 nəfər həlak olmuşdu.

Ziya Əmirxanlı 


Chosen
50
3
qafqazinfo.az

9Sources