İmişli, 5 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 6 nəfərin vəziyyəti məlum olub.
İmişli Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qəza zamanı xəsarət alan 6 nəfər (hər biri kişi cinsli olmaqla) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1977, 2012 və 2013-cü il təvəllüdlü 4 nəfərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin edilib. 2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər şəxslərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
13:38
İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 11:00 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan 1-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.