AZ

İmişlidə avtoqəzada xəsarət alan altı nəfərin vəziyyəti açıqlandı

İmişlidə baş verən avtomobil qəzasında xəsarət alanların durumu məlum olub.

News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, avqustun 5-də saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə altı nəfər (hamısı kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1977, 2012 və 2013-cü il (dörd nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.

2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.


Seçilən
53
3
news24.az

9Mənbələr