İmişlidə baş verən avtomobil qəzasında xəsarət alanların durumu məlum olub...
TƏBİB-dən bildirilib ki, avqustun 5-də saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə altı kişi İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1977, 2012 və dörd nəfər 2013-cü il təvəllüdlü şəxsə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.
2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
***
İmişli rayonunda iki minik avtomobili toqquşub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info