AZ

İmişlidə daha bir qəza, 6 nəfər yaralandı Yenilənib Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İmişli rayonunda “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan biri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, avqustun 2-də də İmişlidə qəza baş vermiş, nəticədə 3 nəfər həlak olmuşdu.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, avqustun 5-i saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (hər biri kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.

2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir” , - məlumatda qeyd olunub.

Ziya Əmirxanlı 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
3
qafqazinfo.az

9Mənbələr