EN

Tramp sülh üçün yol tapıb: Zelenski xilas edilir – Perinçek

ABŞ Prezidenti Donald Tramp Ukraynamünaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq məqsədilə Qərb ölkələrinə qarşı hədələrdən istifadə edəcək.

Olaylar.az xəbər verir ki, bunu türkiyəli politoloq, beynəlxalq münasibətlər və xarici siyasət üzrə ekspert Mehmet Perinçek deyib.

O qeyd edib ki, hər şey ABŞ Prezidentinin planı üzrə gedir.

Perinçeyin sözlərinə görə, atəşkəs barədə razılaşma Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunacaq:

"Tramp yekun sülh razılaşmasını UkraynaPrezidenti Volodimir Zelenskiyə və Avropaliderlərinə təqdim etməyi planlaşdırır. Hesab edirəm ki, ABŞ prezidenti avropalılara təzyiq edəcək və onları Kiyev rəhbərliyinə təsir göstərməyə çağıracaq. Proses bu şəkildə davam edəcək. Tramp belə bir təəssürat yaratmaq istəyir ki, guya razılaşmanı Kiyev adından o bağlayıb və bu yolla Zelenskini çətin vəziyyətdə qoymur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
50
olaylar.az

10Sources