Argentina çempionatının Klausura (bağlanış) mərhələsində keçirilən 4-cü turdan sonra hər iki qrupda ikihakimiyyətliliyin formalaşması diqqəti daha çox cəlb edən fakt oldu. Ölkə nəhənglərindən birinin hələ də qələbə qazana bilmədiyini də qeyd edək.
Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi “Platense” hələ ki Klausurada uğursuz çıxış edir. Kristian Qonsalesin iyunda təyinat aldığı komanda “İnstituto”dan səfərdə bir xalı güc-bəla ilə aldı. Ev sahibləri hesabı 18-ci dəqiqədə açandan sonra uzun müddət qalib durumunda oldular. “Platense” məğlubiyyətdən yalnız son saniyələrdə qaça bildi. Aperturanın çempionu B qrupunda 15 komanda arasında yenə 14-cü yeri tutur.
Vitse-çempion “Atletiko Urakan” da mövsümün ikinci mərhələsinə uğursuz başlamışdı. Frank Kudelka ilə gümüş medallara sahib çıxan komanda ilk 3 turda 3 xal toplamaqla A qrupunda 14-cü yeri tuturdu. Hesabat turunda “Tiqre” üzərində minimalhesablı qələbə “atletlər”i cədvəldə 6-cı yerə yüksəltdi.
4-cü turdan sonra A qrupunda “Barrakas Sentral” ilə “Estudiantes” hərəyə 9 xalla şərikli liderlərdi. Bu komandalar mövqelərini evdə qalib gəlməklə qorudular. Fərq ondadı ki, “Barrakas Sentral” daha çox qol vurduğu üçün 1-ci yerə yüksəldi.
“Boka Xuniors” azarkeşlərini üzməkdə davam edir. Migel Anxel Russonun çalışdırdığı komanda öz meydanında “Rasinq”ə məğlubiyyətdən son dəqiqələrdə qurtuldu – 1:1. Hələ də qələbə qazana bilməyən ölkə nəhəngi A qrupunda 14-cü yeri tutur!
B qrupunda tura 7 xalla vahid lider kimi başlayan “River Pleyt” yenə qələbəyə həsrət qaldı. Ölkə nəhəngi hesabat turunda “İndependyente”nin qapısına yol tapa bimədi. Marselo Qalyardonun çalışdırdığı komanda səfərdə iki xal itirməklə qrupda vahid liderliyi əldən verdi.
Ona görə ki, tura 2-ci yerdə start verən “Deportivo Riestra” səfərdə “Defensa y Xustisiya”ya uduzdu. Məğlubiyyət “ağ-qaralar”ı birdən-birə 6-cı yerə saldı. “Rosario Sentral”ın turu 1 xalla başa vurmasından da yararlanan “San Lorenso” isə “Veles Sarsfild” üzərində 1:0 hesablı qələbə ilə liderliyə şərik oldu. B qrupunda “Ximnasiya”nın 7 xalla 3-cü yeri tutduğunu da qeyd edək.
qrup mərhələsi, 4-cü tur
İnstituto - Platense 1:1
Puebla, 18 – R.Martines, 90+5.
Tiqre - Atletiko Urakan 0:1
Xil, 57.
Estudiantes - İndependyente Rivadaviya 2:1
F.Peres, 8. L.Peres, 40 - Vilya, 90+4-p.
Barrakas Sentral - Aldosivi 3:1
Bruera, 28; 58. Morales, 48 – Serraqo, 50.
Boka Xuniors - Rasinq 1:1
M.Ximenes, 88 – Solari, 76.
İndependyente - River Pleyt 0:0
Defensa y Xustisiya - Deportivo Riestra 1:0
Osorio, 90+3-p.
Qodoy Krus - Ximnasiya 1:2
Ausmendi, 90+1 - Panaro, 27. M.Torres, 30.
San Lorenso - Veles Sarsfild 1:0
Kuelyo, 28.
Nyuellz Old Boyz - Sentral Kordoba 1:1
Maroni, 85 – Veron, 90.
Lanus - Talyeres de Kordoba 1:0
Kastilyo, 45+1.
San Martin San Xuan - Sarmyento 0:1
Q.Qonsales, 78.
Atletiko Tukuman - Rosario Sentral 0:0
Belqrano - Banfild 2:1
Kompanyuççi, 19. Selarayan, 48 – M.Mendes, 57.
Arxentinos Xuniors - Union 1:0
Leskano, 44.
A qrupu
1. Barrakas Sentral 4 3 0 1 7-5 9
2. Estudiantes 4 3 0 1 5-3 9
3. Belqrano 4 2 1 1 5-2 7
4. Defensa y Xustisiya 4 2 1 1 4-2 7
5. Sentral Kordoba 4 1 3 0 4-3 6
6. Atletiko Urakan 4 2 0 2 3-5 6
7. Nyuellz Old Boyz 4 1 2 1 4-4 5
8. Arxentinos Xuniors 4 1 2 1 2-2 5
9. Union 4 1 2 1 2-2 5
10. İndependyente Rivadaviya 4 1 1 2 5-4 4
11. Tiqre 4 1 1 2 3-4 4
12. Rasinq 4 1 1 2 2-3 4
13. Banfild 4 1 1 2 4-6 4
14. Boka Xuniors 4 0 3 1 2-3 3
15. Aldosivi 4 0 2 2 1-5 2
B qrupu
1. River Pleyt 4 2 2 0 7-1 8
2. San Lorenso 4 2 2 0 3-1 8
3. Ximnasiya 4 2 1 1 3-2 7
4. Lanus 4 2 0 2 3-2 6
5. Rosario Sentral 4 1 3 0 2-1 6
6. Deportivo Riestra 4 2 0 2 4-4 6
7. Atletiko Tukuman 4 1 2 1 3-3 5
8. Veles Sarsfild 4 1 2 1 2-2 5
9. Sarmyento 4 1 2 1 3-4 5
10. İnstituto 4 1 2 1 2-5 5
11. San Martin San Xuan 4 1 1 2 4-5 4
12. Talyeres de Kordoba 4 1 1 2 3-4 4
13. Qodoy Krus 4 0 3 1 2-3 3
14. Platense 4 0 3 1 2-4 3
15. İndependyente 4 0 2 2 3-5 2
Bombardir: Kastilyo (Lanus) - 3.