EN

Mahir Emreli “Elversberq”ə qarşı 72 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslautern”in heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 3-cü turu çərçivəsində baş tutmuş “Elversberq”lə matçın iştirakçısı olub.

Səfərdə baş tutmuş oyunda “Kayzerslautern” 1:2 hesablı məğlubiyyətə üzülüb. Mahir əsas heyətdə yer alıb. O, 72-ci dəqiqədə, hesab 0:1 olarkən əvəzlənib.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qola imza atıb.

3 turdan sonra 3 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
104
2
arena.az

10Sources