Yazını böyüt
Yazını kiçilt
Sentyabrın 8-də saat 21 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.