AZ

Mingəçevirdə yeniyetmə bıçaqlandı

Mingəçevirdə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Təbriz küçəsində baş verib.

16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında səbəbi hələ ki, tam müəyyən edilməmiş mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Seçilən
37
2
konkret.az

10Mənbələr