Mingəçevirdəyeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərinTəbriz küçəsində baş verib.
16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasındasəbəbi tam müəyyən edilməmişmübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaqxəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın yerli bürosunun sorğusunacavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.