Sentyabrın 8-də saat 21 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə xəsarət yetirib.
Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.