AZ

Mingəçevirdə yeniyetməni bıçaqladılar

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mingəçevirdə  yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələndi 

"Unikal"ın  məlumatına görə,  hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın  sorğusuna  cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.  

Ehtiram Muradov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
unikal.az

10Mənbələr