Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mingəçevirdə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələndi
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Ehtiram Muradov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.