BAKI, TurkicWorld, Səməd Əyyubov
İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir.
TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib.
“İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib.
Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.
Bundan əvvəl diplomatik mənbələr, Dohaya endirilən hücumda HƏMAS-ın iki siyasi büro üzvünün yaralandığnğ, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirmişdi. Məlumata görə, onlar Qətərdə özəl xəstəxanada müalicə olunurlar. Yaralıların adları açıqlanmayıb.