EN

BMT TŞ-ı İrana qarşı sanksiyaların yenidən tətbiq edilməməsi barədə qətnaməni qəbul etməyib

BMT Təhlükəsizlik Şurası İranla bağlı sanksiyaların yenidən tətbiq edilməməsi barədə qətnaməni qəbul etməyib.

APA xəbər verir ki, səsvermə zamanı qətnaməyə Rusiya, Çin, Əlcəzair və Pakistan dəstək verib. ABŞ, Böyük Britaniya, Fransa daxil olmaqla doqquz üzv əleyhinə səs verib. İki üzv bitərəf qalıb.

Beləliklə, Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrində nəzərdə tutulan məhdudiyyətlərin qüvvəyə minməsi bərpa olunur.

Chosen
26
4
apa.az

10Sources