EN

Patrik Andrade Premyer Liqada 100-ə çatdı - ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib. Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Patrik Andrade 2020/2021-ci illər mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.

Xatırladaq ki, bu ilin yayında “Qarabağ”dan azad agent kimi ayrılmış yarımmüdafiəçi “Araz-Naxçıvan”la 1+1 illik müqavilə imzalayıb. Təcrübəli futbolçu müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivo da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib.

Andrade 2020-ci ilin oktyabr ayında debüt etdiyi Kabo Verde yığmasının heyətində 29 oyuna çıxıb, fərqlənə bilməyib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
19
13
arena.az

10Sources