AZ

Vüsal Qənbərov əməliyyat olundu - ARENA.AZ

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə matçda ağır zədə almış “İmişli”nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Vüsal qamış və incik sümüklərinin sınığı diaqnozu ilə əməliyyat əməliyyata məruz qalıb. Əməliyyat uğurla baş tutub və futbolçunun vəziyyəti stabildir.

Bildirilir ki, Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır. O, yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.

Xatırladaq ki, Vüsal Qənbərov “Kəpəz”lə matçın ilk hissəsində üz-üzə qaldığı rəqib qapıçı ilə təkbətək mübarizə zamanı ağır zədə almışdı. Ayağı qırılmış futbolçu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı. Futbolçusunun ağır zədə almasına baxmayaraq, “İmişli” bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılmışdı. Bunda rəqib qapıçının məhz Vüsala ağır xəsarət yetirdiyi üçün birbaşa qırmızı vərəqə alması da təsirsiz ötüşməmişdi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
20
arena.az

10Mənbələr