AZ

Super Liqa: “Fənərbağça” “Qaziantep”i 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbağça” isə rəqibini 4 cavabsız qolla məğlub edib.

Beləliklə, geridə qalmış 10 turdan sonra 28 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 23 xalla ikinci, “Fənərbağça” 22 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”, “Samsunspor” və “Qaziantep” 17, “Göztəpə” 16, “Konyaspor” 14 xal toplayıblar.

Türkiyə, Super Liqa
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep – Fənərbağça 0:4
Qollar: En Nesiri, 5; 21. Taliska, 81; 88.

Samsunspor – Rizəspor 1:1
Qollar: Holse, 7 – Rak-Sakyi, 32.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
7
29
arena.az

10Mənbələr