AZ

Robertson və Van Deyk “Liverpul”un oyunundakı enişi şərh etdilər

“Liverpul”un şotland sol cinah müdafiəçisi Endryu Robertson “qırmızılar”ın oyununda son vaxtlar müşahidə edilən enişi şərh edib.

Arena.az şotland futbolçunun müvafiq açıqlamsını təqdim edir:

“Bizə, səylə işləmək gərəkdir. Hər şey sadədir. Adamlar nəticələr tələb edirlər. Müvafiq vəziyyətdən özümüzü ancaq özümüz çıxara bilərik”, deyə Endryu Robertson vurğulayıb.

“Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk də son vaxtlar uğursuzluq zolağına düşmüş “qırmızılar”ın yaşadığı acılar mənzərəsində açıqlama verib:

“İçi mən qarışıq, hər kəsin güzgüdə özünə baxması gərəkdir. Əminəm ki, biz müvafiq vəziyyətdən qurtulacağıq”, deyə Van Deyk vurğulayıb.

Xatırladaq ki, “Liverpul” Premyer Liqa çərçivəsində keçirdiyi son dörd oyundan məğlubiyyətlə ayrılıb. Bütövlükdə isə bu komanda son altı oyunundan beşində uduzub. Son çempion hazırda 9 oyuna topladığı 15 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu üzdən hətta baş məşqçi Arne Slotun istefası da gündəmə gəlib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
20
arena.az

10Mənbələr