Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 20-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Mexiko şəhərində təşkil olunub.
Meksika qran-prisində “Maklaren”in pilotu Lando Norris hamıdan sürətli olub. Britaniyalı 25 yaşlı pilot 71 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 6-cı, karyerası ərzində isə 10-cu qələbəsidir.
Son 4 ilin çempionu Maks Ferstappen bu dəfə 3-cü yerlə kifayətlənib. İkinci yeri isə “Ferrari”dən Şarl Lekler tutub.
Beləliklə, geridə qalmış 20 mərhələdən sonra Lando Norris 357 xalla komanda yoldaşı Oskar Piastrini qabaqlayaraq zirvəyə yüksəlib. Oskar Piastri isə 356 xalla ikincidir. İlk üçlüyü Maks Ferstappen (“Red Bull”) qapayır – 321 xal.
Mühəndislər Kubokunda “Maklaren” 713 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 356 xalla ikinci, “Mersedes” isə 346 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 21-ci qran-prisi Braziliya keçiriləcək. San Pauloda baş tutacaq bu yarış noyabrın 9-da təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Lando Norris (Maklaren) – 357
- Oskar Piastri (Maklaren) – 356
- Maks Ferstappen (Red Bull) – 321
- Corc Rassell (Mersedes) – 258
- Şarl Lekler (Ferrari) – 210
- Luis Hamilton (Ferrari) – 146
- Kimi Antonelli (Mersedes) – 97
- Aleksander Albon (Uilyams) – 73
- Niko Hulkenberq (Zauber) – 41
- İsaak Hacar (Rasinq Bulls) – 39
- Karlos Sayns (Uilyams) – 38
- Fernando Alonso (Aston Martin) – 37
- Oliver Berman (Haas) – 20
- Lens Stroll (Aston Martin) – 32
- Liam Louson (Red Bull) – 30
- Esteban Okon (Haas) – 30
- Yuki Tsunoda (Rasinq Bulls) – 28
- Pyer Qasli (Alpin) – 20
- Qabriel Bartoleto (Zauber) – 19
- Franko Kolapinto (Alpin) – 0
- Cek Duen (Alpin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 713
- Ferrari – 356
- Mersedes – 355
- Red Bull – 346
- Uilyams – 111
- Rasinq Bulls – 72
- Aston Martin – 69
- Haas – 62
- Zauber – 60
- Alpin – 20

